Azərbaycan bankları bu gün nə qədər dollar alıb?-MƏBLƏĞ

Azərbaycan bankları bu gün nə qədər dollar alıb?-MƏBLƏĞ 

BANK
515

29 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az xəbər verir ki, hərracda tələb 51,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 27 aprel 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 60,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 30 valyuta hərracında banklara 1 milyard 989.9 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan bankları bu gün nə qədər dollar alıb?-MƏBLƏĞ — Fins.az — Fins.az