
Azərbaycan 2020-ci ildə reytinq agentliklərinin xidmətlərinin ödənilməsinə $350 mindən çox vəsait yönəldəcək
Azərbaycan hökuməti beynəlxalq agentliklərdən reytinqlərin alınması ilə əlaqədar xidmətlərin ödənilməsi üçün 2020-ci il dövlət büdcəsində 600,6 min manat (cari məzənnə ilə $353,3 min) nəzərdə tutub. Fins.az xəbər verir ki, bu barədə maliyyə Nazirliyi məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, hazırda Azərbaycan üç beynəlxalq reytinq agentliyinin – “Fitch Ratings”, “Standard & Poor`s” və “Moody`s” agentliklərin kredit reytinqlərinə malikdir
Müəllif: Aynur Qəniyeva