AYİB-in Azərbaycandakı layihələr portfeli 919 milyon avroya çatıb
2026-cı ilin mart ayının sonuna olan göstəricilərə əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr portfeli 919 milyon avroya çatıb.
Fins.az AYİB-in məlumatına əsasən xəbər verir ki, portfel ümumilikdə 36 layihəni əhatə edir. Bankın həmin layihələrdə iştirak payı 1%, əməliyyat aktivləri isə 716 milyon avro səviyyəsində qiymətləndirilir.
Portfelin strukturu:
Dayanıqlı infrastruktur – 90%
Maliyyə institutları – 7%
Korporativ sektor – 3%
Eyni zamanda, portfelin ümumi dəyərində özəl sektorun payı 40% təşkil edir.
AYİB fəaliyyətə başladığı dövrdən bu günə qədər Azərbaycanda ümumilikdə 3,712 milyard avro investisiya yatırıb, ayrılmış vəsaitlərin həcmi isə 3,458 milyard avro təşkil edib.
Bank bu müddət ərzində Azərbaycanda 202 layihənin icrasına dəstək verib.