AYİB Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb

AYİB Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb

BANK
231

Fins.az xəbər verir ki, 2026-cı ilin əvvəlində zəif iqtisadi göstəricilərə baxmayaraq, Azərbaycanın real ÜDM artımının 2026-cı ildə 2%-ə, 2027-ci ildə isə 2,5%-ə qədər yüksələcəyi proqnozlaşdırılır.

Bu barədə məlumat Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatına istinadən verilib.

Hesabatda qeyd olunur ki, artım proqnozları karbohidrogen qiymətləri və hasilat həcmlərindəki dəyişikliklərə qarşı həssas olaraq qalır. Bildirilir ki, Yaxın Şərqdə baş verən münaqişə fonunda enerji daşıyıcılarının qlobal qiymətlərində artım Azərbaycanın əlavə gəlirlər əldə etməsinə və iqtisadi aktivliyi dəstəkləyən xərclər və investisiyaların artmasına şərait yarada bilər.

Sənəddə həmçinin vurğulanır ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçiliyi çərçivəsində həyata keçirilən regional bağlantı və ticarətin genişləndirilməsinə yönəlmiş təşəbbüslər, eləcə də bərpa olunan enerji sahəsinə yatırılan iri həcmli investisiyalar orta müddətli perspektivdə iqtisadi artımın şaxələndirilməsinə töhfə verə bilər.

AYİB-in məlumatına görə, 2025-ci ildə Azərbaycanın real ÜDM artımı 1,4%-ə qədər zəifləyib. 2026-cı ilin birinci rübündə isə iqtisadiyyat illik ifadədə 0,3% azalma göstərib.

Bu dövrdə azalma əsasən neft-qaz sektorunda istehsalın 1,2% enməsi və qeyri-neft sektorunda artımın 0,2%-ə qədər zəifləməsi ilə əlaqələndirilir.

Hesabatda qeyd edilir ki, 2026-cı ilin birinci rübündə inflyasiya orta hesabla 5,7% təşkil edib və Mərkəzi Bankın müəyyən etdiyi hədəf intervalının yuxarı həddinə yaxın səviyyədə qalıb.

Eyni zamanda, büdcənin ümumi profisiti 2024-cü ildə ÜDM-in 4,1%-indən 2025-ci ildə 2,6%-ə düşüb. Dövlət və dövlət zəmanətli borc isə ilin sonunda ÜDM-in 28%-i səviyyəsində aşağı həddə stabil qalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AYİB Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb — Fins.az — Fins.az