
Avstraliyanın iki bankı Ermənistana köçürülən pullarla bağlı ARAŞDIRMAYA BAŞLAYIB
Ən azı iki böyük Avstraliya bankı burada toplanan və hesabları vasitəsilə Ermənistana köçürülən pullarla bağlı araşdırma başlatdıb
Fins.az xəbər verir ki, banklar kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək insanlığa qarşı cinayətlərə şərik olmaqdan qorxduqları bildirildi.
Bu yaxınlarda “Amnesty International” Ermənistan tərəfindən Bərdədə mülki əhaliyə qarşı kaset bombalarından istifadəni təsdiqləyib. Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar.
Qeyd edək ki, Avstraliya tərəfi bildirib ki, pullarının yekun olaraq hara çatdırıldığını izləmək demək olar ki, mümkünsüzdür.