
Avrozonada inflyasiya yenidən azaldı
Avrozonada inflyasiya yenidən azalaraq, son iki ayın minimumuna düşüb.Avropanın "EuroStat" mərkəzinin açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 1.2% artıb. Yanvar ayında sözügedən göstərici 1.4% olmaqla mütəxəssislər də illik dinamikanın 1.2%-ə düşəcəyini proqnozlaşdırırdılar.
Qeyd etmək lazımdır ki, göstərici dekabr ayının 1.3% səviyyəsinin altında düşüb.