
Avropanın nəhəng bankları əməliyyat riski həddini dəfələrlə aşıb
Avropanın nəhəng bankları mart ayında dəfələrlə əməliyyat riski həddini aşıb.HSBC və BNP Paribas, mart ayında həddindən artıq dəyişkənlik səbəbiylə ticarətdə risk həddlərini dəfələrlə aşıb
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,bazarda gözlənilməz dəyişkənlik ticarətdə nə qədər mənfəət və ya zərərin yazılacağına dair proqnozları ləğv etdikdən sonra mart ayında HSBC Holdings Plc və BNP Paribas SA-ın risk hədlərini dəfələrlə keçiblər.
Avropanın ən böyük iki bankından ikisi risk altında olan dəyəri keçib bu, ilk rübdəki maliyyə ilə müqayisədə, mümkün zərərlər qarşısında nə qədər kapitalın tutulmalı olduğunu göstərir.
Təkcə mart ayında HSBC ticarət modelləri gündəlik gözlənilən mənfəət / zərər həddini 12 qat üstələyib. BNP Paribas, rüb boyu bu şəkildə baş verən 9 hadisə barədə məlumat verib. Bu, 2007-ci ildən bəri bildirilənlərin üçdə birinə yaxındır. Londonda yerləşən HSBC və Fransanın BNP banklarında cəmi 6 trilyon dollarlıq aktiv var.
Tənzimləyicilər, son maliyyə böhranından bəri əməliyyatları nəticəsində yaranan riskləri izləməkdə çətinlik çəkən banklara diqqətlə yanaşıblar. Risk göstəricilərinin əhəmiyyətli dərəcədə üstələməsi ümumiyyətlə avtomatik olaraq cəzalar gətirsə də, karonavirus pandemiyasının da buna təsirsiz ötüşmədiyi aydın görünür.
ABŞ HSBC bölməsinin keçən həftə verdiyi açıqlamada normal şərtlərdə göstəricinin bütün il ərzində iki və ya üç dəfə üstələməsi gözlənilir. Pandemiyanın son iki ildə görülməyən qiymət pozuntularına səbəb olduğu bildirilib.
Müəllif:Aynur Qəniyeva