Avropanın ən böyük bankının daha da pisləşən proqnozları

Avropanın ən böyük bankının daha da pisləşən proqnozları

BANK
578

Avropanın ən böyük bankı HSBC, karantin tədbirlərinin iqtisadiyyatlara, ticarət və xərcləmələrə qeyri-müəyyən təsirinin olması ilə əlaqədar olaraq qlobal iqtisadi artım proqnozunu daha da aşağı salıb. 

Bank, 2020-ci ildə qlobal iqitisadiyyatın 4.8% azalacağını gözləyir. Təşkilatın Aprelin əvvəlindəki illik təxmini 3.3% azalma idi.  

HSBC, inkişaf etmiş ölkələrə dair 2020-ci il proqnozunu 5.9% azalmadan 7.1% azalmaya dəyişib.

İnkişaf edən bazarlar üçün proqnoz isə 0.5% azalmadan 1.7% azalmaya dəyişdirilib.

Bank, ABŞ iqtisadiyyatının 2020-də 7% azalacağını və Çin iqtisadiyyatının isə 1.7% artacağını gözləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropanın ən böyük bankının daha da pisləşən proqnozları — Fins.az — Fins.az