Avropa Yenidənqurma və İnkişaf Bankından Azərbaycanla bağlı növbəti addım

Avropa Yenidənqurma və İnkişaf Bankından Azərbaycanla bağlı növbəti addım

BANK
674

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təşkilata üzv ölkələrin koronavirus pandemiyasına qarşı gəlmək üzrə yeni sistem hazırlayıb.

“Koronavirus ölkələrin səhiyyə sİstemlərini görünməmiş təzyiqə məruz qoyur, baxmayaraq ki, qarşısının alınması üzrə daxili tədbirlər həm tələbat, həm də təklifə təsir edir. Xarici şoklar, həmçinin xammalın qiymətinin ucuzlaşması, qiymətin yaranması zəncirinin pozulması və turizm və pul köçürmələrinin azalması bu daxili tədbirlərin təsirini gücləndirir”, - məlumatda qeyd olunur.

Bununla əlaqədar, AYİB ölkələrə virusun təsirinin öhdəsindən gəlməyə yardım məqsədilə 1 milyard avro dəyərində ilkin maliyyə paketini açıqlayıb.

“Görünür, tələbat tərəfindən iqtisadi effektlər pərakəndə xidmətərdə ÜDM-in payının çox olduğu ölkələrdə daha əhəmiyyətli olacaq, misal üçün, Litva, Polşa, Kipr, Monteneqro və Türkiyədə. Həmçinin, iş üçün müvəqqəti məhdudiyyətlər müəyyən gəlir itkilərinə səbəb olarsa, effektlər daha əhəmiyyətli ola blər: misal üçün, Mərkəzi Asiyada, Qafqazda, cənub və şərqi Aralıq dənizi ölkələrində. Xammalın aşağı qiyməti AYİB regionlarında, xüsusilə, Mərkəzi Asiya ölkələrində, Azərbaycan və Rusiyada xammal ixracatçılarına təzyiq göstərəcək”, - məlumatda deyilir.

AYİB qeyd edir ki, ölkələrin zəif şəxslər və şirkətlərin dəstəklənməsi məqsədilə fiskal tədbirlər həyata keçirmək qabiliyyəti mövcud borcun səviyyəsi və fiskal kəsirdən asılı olacaq.

“Fiskal məkan artıq bir çox ölkələrdə, xüsusilə Qafqazda, Mərkəzi Asiya və cənub və şərqi Aralıq dənizi ölkələrində məhdudlaşdırılıb. Bir neçə ölkədə xarici maliyyələşdirməyə tələbat ehtiyatlarla müqayisədə artıq yüksək səviyyədədir. Həmçinin, qeyri-işlək kreditlərin yüksək səviyyədə olduğu ölkələrdə maliyyə sistemləri böyük təzyiq altında qala bilər”, - məlumatda deyilir.

AYİB-in qiymətləndirmələrinə əsasən, Azərbaycanda səhiyyə sahəsində ÜDM-də dövlət xərclərinin payı aşağıdır (2%), əhalinin hər 100 min nəfərə həkimlərin sayı yüksəkdir (250 nəfərdən artıq). Xidmətlər sektoru üçün şoklar yüksək, əmək bazarı üçün şoklar – aşağı olaraq qiymətləndirilir. Eyni zamanda, AYİB Azərbaycanın maliyyə sistemini orta dayanıqlı hesab edir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Yenidənqurma və İnkişaf Bankından Azərbaycanla bağlı növbəti addım — Fins.az — Fins.az