Avropa İnvestisiya Bankından Azərbaycanla əməkdaşlıqla bağlı AÇIQLAMA

Avropa İnvestisiya Bankından Azərbaycanla əməkdaşlıqla bağlı AÇIQLAMA

BANK
789

Bunu bankın Cənubi Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura deyib.

"Fins.az" xəbər verir ki, onun sözlərinə görə, bank davamlı regional inkişaf, təbii ehtiyatlardan istifadə, rəqəmsallaşma və İKT sahələrində layihələrin maliyyələşdirilməsi imkanını nəzərdən keçirə bilər.

"AİB həmçinin şəhər infrastrukturunun davamlı inkişafını, şəhər nəqliyyatı, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində layihələri, özəl sektorun inkişafı üzrə seçilmiş layihələri dəstəkləyə bilər", - deyə M.Çura bildirib.

Onun sözlərinə görə, qarşıdakı təşəbbüslərə Aİ İqtisadi və İnvestisiya Planı çərçivəsində potensial layihələri və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün pulsuz məsləhət dəstəyi və texniki yardımı nəzərdə tutan Şərq Tərəfdaşlığının Rabitəyə İnvestisiya (EPIC) təşəbbüsü daxildir

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa İnvestisiya Bankından Azərbaycanla əməkdaşlıqla bağlı AÇIQLAMA — Fins.az — Fins.az