Avropa Birliyi 750 mld avroluq xilasetmə fondu yaratmağı təklif edir

Avropa Birliyi 750 mld avroluq xilasetmə fondu yaratmağı təklif edir

BANK
812

"Təklif edirəm ki, Aİ-nin 2021 ilə 2027 arasındakı büdcəsi 1 trilyon 74 milyard avro, iqtisadi bərpa fondu 750 milyard avrodur. Bu təklif üzv ölkələr arasında balanslı bir kompromis əldə etməyi hədəfləyir." 
Bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Çarlz Mişel  deyib

Onun sözlərinə görə Aİ-nin uzunmüddətli büdcəsinin 1 trilyon 74 milyard avro olmasını və 750 milyard avro həcmində iqtisadi bərpa fondunun yaradılmasını təklif edilib

Mişel Brüsseldə "Çoxillik Maliyyə Planı" və AB-nin 2021-2027-ci illərdə büdcəsini təyin edəcək yeni növ koronavirusun yaratdığı böhranla bağlı iqtisadi xilasetmə paketi təkliflərinə dair mətbuat konfransı keçirib

AB Komissiyasının büdcə və yardım paketi ilə bağlı fərqli təkliflər verdiyini xatırladan Mişel, bəzi AB üzv ölkələrinin bu təklifə qarşı olduğunu vurğulayıb
"Təklif edilən Aİ-nin 2021-2027-ci illərdəki büdcəsi 1 trilyon 74 milyard avro və iqtisadi bərpa fondu 750 milyard avrodur. Bu təklif üzv ölkələr arasında balanslı kompromis əldə etmək məqsədi daşıyır" deyə qeyd edib Mişel
Xilasetmə fondunun 250 milyard avro kredit və 500 milyard avro qrant olduğunu qeyd edən Mişel, "Xilasetmə fondundakı kreditlər və qrantlar çətin və həssasdır. Burada 27 ölkənin yekdilliyinə nail olmaq çox mürəkkəbdir" deyib.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Birliyi 750 mld avroluq xilasetmə fondu yaratmağı təklif edir — Fins.az — Fins.az