Avro daha da bahalaşır

Avro daha da bahalaşır

BANK
361

Avrozonada iqtisadiyyatın yenidən canlanacağı və Avropa Birliyi Komissiyasının təklif etdiyi 750 milyard avroluq iqtisadi inkişaf proqramının qəbul olunmasına dair gözləntilərin artması, həm gərginləşən ABŞ-Çin münasibətlərinin qlobal iqtisadiyyata mənfi təsirləri ehtimallarını kölgədə qoyub, həm də avronun bahalaşmasına səbəb olub. Təhlillərə əsasən, EUR/USD məzənnəsində bahalaşma 1.13$-a kimi davam edə bilər. 

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 18:00-da ABŞ-ın sənaye sektoru və cümə günü saat 16:30-da əmək bazarı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır. 

Avropa Mərkəzi Bank sədrinin cümə axşamı saat 16:30-da baş tutacaq mətbuat konfransında çıxışı da önəmli rol oynayacaqdır. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avro daha da bahalaşır — Fins.az — Fins.az