"Atabank”  və “Amrahbank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

"Atabank” və “Amrahbank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

BANK
1,231

“Atabank” ASC və “Amrahbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib

Fins.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib

Bildilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC 1 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

Məlumatda həmçinin" banklara verilmiş şəhadətnamə ləğv edilib"-deyə qeyd edilib

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Atabank” və “Amrahbank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb — Fins.az — Fins.az