Asiya İnkişaf Bankının eksperti ilə aqrar və qida sektorlarının inkişafı müzakirə edilib

Asiya İnkişaf Bankının eksperti ilə aqrar və qida sektorlarının inkişafı müzakirə edilib

BANK
305

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiya İnkişaf Bankının “Cənubi Qafqaz - regional aqro-qida dəyər zəncirinin qiymətləndirilməsi” layihəsinin baş beynəlxalq eksperti Stiv Allen ilə görüşüb. 
 "Fins.az" xəbər verir ki, görüşdə aqrar və qida sektorlarının ölkə iqtisadiyyatının dəyər zəncirində əhəmiyyətli rol oynamaqla yanaşı, KOB-ların fəaliyyəti baxımından da vacib sektorlar olduğu vurğulanıb. Agentliyin aqrar və qida sektorlarında çalışan KOB-lara göstərdiyi dəstək və xidmətlər diqqətə çatdırılıb, müvafiq layihə çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Asiya İnkişaf Bankının eksperti ilə aqrar və qida sektorlarının inkişafı müzakirə edilib — Fins.az — Fins.az