Asiya İnkişaf Bankı ilə KOB sahəsi ilə əməkdaşlığı müzakirə edib

Asiya İnkişaf Bankı ilə KOB sahəsi ilə əməkdaşlığı müzakirə edib

BANK
793

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Baş iqtisadçısı Joao Pedro Farinhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib 

Məlumatda bildilir ki,görüşdə ölkəmizdə kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə həmçinin, KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və bazarlara çıxış imkanının genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivləri, eləcə də layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Asiya İnkişaf Bankı ilə KOB sahəsi ilə əməkdaşlığı müzakirə edib — Fins.az — Fins.az