Arif Paşayev “PAŞA Bank”dakı payını artırıb

Arif Paşayev “PAŞA Bank”dakı payını artırıb

BANK
4,170

“PAŞA Bank” ASC-nin nizamnamə kapitalı 333 milyon manatdan 354 milyon 511,8 min manatadək artıb. 

Fins.az-ın məlumatına görə,artım 21 milyon 511,8 min manat məbləğində səhmlərin əlavə emissiyası hesabına baş verib. Əlavə emissiya hər birinin nominal dəyəri 33,3 min manat olan 646 ədəd səhmə bölünüb.

Bildirilir ki, səhmlərin əsas hissəsini Arif Paşayev alıb, nəticədə, bankın kapitalındakı payı 10%-dən 15%-dək artıb.Əlavə emissiya nəticəsində “PAŞA Holdinq”in payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb.

Qeyd edək ki,“PAŞA Bank” ASC  Bank “PAŞA Holdinq”in strukturuna daxildi

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Arif Paşayev “PAŞA Bank”dakı payını artırıb — Fins.az — Fins.az