ARDNF apreldə valyuta satışını kəskin artırıb

ARDNF apreldə valyuta satışını kəskin artırıb

BANK
673

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin aprel ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan verilən məlumata görə, 2020-ci ilin aprel ayı ərzində ARDNF tərəfindən 531,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin mart ayı ilə müqayisədə 3,6 dəfə az, ötən ilin aprel ayı ilə müqayisədə 25,3% çoxdur.

Bu ilin yanvar-aprel aylarında ARDNF tərəfindən 3 303 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 67,2% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 1 975,3 mln. ABŞ dolları məbləğində valyuta satıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF apreldə valyuta satışını kəskin artırıb — Fins.az — Fins.az