
Apple Pay ilə ödəniş etmək üçün bu addımları izləyin
Fins.az – Rabitəbank müştəriləri artıq Apple Pay vasitəsilə təmassız ödənişlər həyata keçirə bilərlər.
Bankın məlumatına görə, Apple Pay xidmətindən istifadə etmək üçün Face ID və ya Touch ID dəstəkləyən iPhone (iPhone 6 və sonrakı modellər), Apple Watch və ya digər uyğun Apple cihazı, həmçinin Visa və ya Mastercard plastik kartı, aktiv Apple ID (iCloud hesabı) və internet bağlantısı tələb olunur.
Bildirilib ki, kartı Apple Wallet-ə əlavə etmək üçün istifadəçilər Rabita Mobile tətbiqinə daxil olaraq müvafiq kartın altında yerləşən “Apple Wallet-a əlavə et” düyməsini seçməli, istifadə edəcəkləri cihazı müəyyən etməli və birdəfəlik OTP kodunu təsdiqləməlidirlər. Bu proses iPhone, Apple Watch və iPad cihazları üçün mövcuddur.
Məlumata əsasən, Apple Pay ilə ödəniş zamanı Face ID dəstəkləyən iPhone-larda yan düyməni iki dəfə sıxaraq identifikasiya aparmaq və telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Touch ID dəstəkləyən cihazlarda isə barmaq izi ilə təsdiqdən sonra ödəniş həyata keçirilir.
Qeyd olunub ki, Apple Watch istifadəçiləri də yan düyməni iki dəfə sıxaraq saatı POS-terminala yaxınlaşdırmaqla təhlükəsiz və sürətli şəkildə ödəniş edə bilərlər.