
AMB: Valyuta hərracında tələb təmin edildi - 25.04.2023
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 26,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, aprelin 20-də hərracda tələb 60,5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Fins.az