
AMB sədrlərinin avro dollar valyutasına təsir ehtimalları
Fins.az-ın məlumatına görə, bu gün, həftənin ilk ticarət günü olmasına baxmayaraq investorlar ciddi bir aktivlik gözləntisindədir. Xüsusi ilə də aparıcı valyutaları yaxından təqib edən bazar iştirakçılarının diqqəti, bu gün Bakı vaxtı ilə saat 16:00-da FED, ardınca saat 16:45-də isə AMB sədrlərinin çıxışlarına yönələcək.
Hər iki Mərkəzi Bank sədrinin səsləndirəcəyi fikirləri diqqətlə izləyib investorlarımızın ona uyğun mövqe tutmaqlarını tövsiyə edirik. Ümumi mənzərəyə diqqət yetirsək dollar aktivlərinin avro aktivləri qarşısında dəyər itirdiyinin şahidiyik.
AMB rəhbərinin ümumi Avrozonanın iqtisadiyyatı ilə bağlı pozitiv fikirləri fonunda avro aktivlərinə marağın artması ehtimalları özünü qoruyur.
Digər tərəfdən ABŞ-dakı prezindent seçkilərinə doğru müddət azaldıqca qeyri müəyyənliyin artması fonunda, dollara olan marağı azaltması ilə nəticədə dolların ucuzlaşması, qlobal trend olaraq özünü göstərir. Bu gün FED rəhbərinin nitqindən pozitiv mesajlar alınmadığı halda dolların ucuzlaşma ehtimalları davam edə bilər