
AMB-nin rəhbər vəzifələr üçün müraciətlərin 84%-i uyğun hesab edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci il Müsahibə Komissiyasına maliyyə sektorunda rəhbər vəzifələr üçün 114 müraciət daxil olub.
Fins.az bu barədə Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, müraciətlərin 84,2%-i (96 müraciət) uyğun, 15,8%-i (18 müraciət) uyğun hesab edilməyib.
Bank sektoru üzrə 48 müraciət olub; bunlardan 23-ü Müşahidə Şurasını (MŞ), 25-i İdarə Heyətini (İH) əhatə edib. Ümumilikdə müraciətlərin 41-i uyğun, MŞ üzrə 17-si, İH üzrə 24-ü uyğun sayılıb.
Sığorta sektoru üzrə 49 müraciət daxil olub; bunlardan 28-i Direktorlar Şurasını (DŞ), 21-i İH-ni əhatə edib. Ümumilikdə 42 müraciət uyğun, DŞ üzrə 21, İH üzrə 21 uyğun hesab edilib.
Qiymətli kağızlar sektoru üzrə 17 müraciət qeydə alınıb; bunlardan 11-i MŞ, 6-sı icra orqanını əhatə edib. Ümumilikdə müraciətlərin 13-ü uyğun, MŞ üzrə 7, icra orqanı üzrə 6 uyğun sayılıb.
Fuad Mədətov
Fins.az