
AMB neft və qaz qiymətləri üzrə proqnozlarını yüksəldib
Azərbaycan Mərkəzi Bankı (AMB) enerji daşıyıcılarının qiymətləri ilə bağlı yeni proqnozlarını açıqlayıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB-nin proqnozlarına əsasən, 2026-cı ildə neftin bir barelinin orta qiyməti 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiyməti isə 324 ABŞ dolları olacaq.
2027-ci il üzrə isə neftin orta qiymətinin 78 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiymətinin isə 290 ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki proqnozlarında 2026-cı il üçün neftin orta qiyməti 64 ABŞ dolları, təbii qazın qiyməti isə 269 ABŞ dolları səviyyəsində göstərilmişdi. 2027-ci il üzrə proqnozlarda isə neftin bir bareli üçün 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetri üçün isə 254 ABŞ dolları nəzərdə tutulurdu.
Beləliklə, AMB son yeniləmədə həm neft, həm də təbii qaz üzrə qiymət gözləntilərini əhəmiyyətli dərəcədə artırıb.