AMB “Kredaqro” BOKT-nun vəzifəli şəxsinə 10 000 manat cərimə tətbiq edib

AMB “Kredaqro” BOKT-nun vəzifəli şəxsinə 10 000 manat cərimə tətbiq edib

BANK
305

Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinə inzibati məsuliyyət tətbiq edib.

AMB tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması faktı aşkarlanıb.

Aşkar edilən pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən “Kredaqro” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib.

Qərar AMB-nin bank olmayan kredit təşkilatları üzərində həyata keçirdiyi nəzarət mexanizmləri çərçivəsində qəbul olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB “Kredaqro” BOKT-nun vəzifəli şəxsinə 10 000 manat cərimə tətbiq edib — Fins.az — Fins.az