AMB köhnə binalara ipoteka verilməməsinin səbəbini açıqlayıb

AMB köhnə binalara ipoteka verilməməsinin səbəbini açıqlayıb

BANK
475

Bankların köhnə binalara ipoteka krediti verməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

AMB rəsmisinin sözlərinə görə, ipoteka krediti verilərkən binanın orta istismar müddəti nəzərə alınır və kredit şərtləri bu göstəriciyə uyğunlaşdırılır.

Onun bildirdiyinə görə, əgər bina köhnədirsə, həm kreditin müddəti, həm də binanın istismar müddətinin sonu diqqətə alınır. Məqsəd kredit öhdəliyinin binanın istifadə müddətini aşmamasıdır.

Ş.Mahmudzadə misal olaraq qeyd edib ki, 70 illik bir binada artıq 60 il keçibsə, bu halda ipoteka krediti daha qısa – təxminən 25–30 illik müddətə verilir. Beləliklə, kreditin son ödəniş tarixi binanın istismar müddətini keçmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB köhnə binalara ipoteka verilməməsinin səbəbini açıqlayıb — Fins.az — Fins.az