
AMB “Fizza Pay” MMC-nin vəzifəli şəxsinə cərimə tətbiq edib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edib.
Fins.az AMB-yə istinadən xəbər verir ki, bu qərar “Fizza Pay” MMC tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim olunması səbəbindən qəbul edilib.
Məlumatda bildirilir ki, həmin vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.
Fuad Mədətov
Fins.az