Almaniyadan Azərbaycana pul köçürmələri 23,927 milyon dollar olub

Almaniyadan Azərbaycana pul köçürmələri 23,927 milyon dollar olub

BANK
358

2025-ci ildə Almaniyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,927 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 204 min dollar və ya 0,8% azalıb.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Almaniyanın payı 2% olub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,413 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,1 milyon dollar və ya 5% artım deməkdir. Bu istiqamətdə Almaniyanın ümumi köçürmələrdə payı 4,8% olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Almaniyaya pul köçürmələri 23,259 milyon ABŞ dolları, əks istiqamətdə isə 24,131 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 21,6 milyon dollar və ya 4,1% azdır.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 94,1 milyon dollar və ya 8,7% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyadan Azərbaycana pul köçürmələri 23,927 milyon dollar olub — Fins.az — Fins.az