
Akkreditiv xidmətləri bizneslərin xarici ticarətini asanlaşdırır
Fins.az – “Bank of Baku” ASC müştərilərinə kommersiya, Stand-by, təsdiqlənmiş, təsdiqlənməmiş, geri çağırılan və geri çağırılmayan akkreditivlər üzrə sənədli əməliyyat xidmətləri təqdim edir.
Bankın məlumatına görə, idxal akkreditivinin açılması üçün tarif 0,2% (minimum 100 AZN), sənədlərin yoxlanılması isə 0,1% (minimum 50 AZN) təşkil edir. Akkreditiv üzrə vəsaitin köçürülməsi 0,1% (minimum 20 AZN, maksimum 300 AZN), şərtlərin dəyişdirilməsi və ya ləğvi isə 50 AZN xidmət haqqı ilə həyata keçirilir.
İxrac akkreditivləri üzrə bankın təsdiqi olmadan avizo xidməti 0,1% (minimum 50 AZN), bankın təsdiqi ilə isə illik 1,5% (minimum 50 AZN) tariflə təqdim olunur. Bank bildirir ki, akkreditiv əməliyyatları üzrə tariflər əməliyyatın valyutasından asılı olmayaraq tətbiq edilir.