AİB-in yeni strategiyası Azərbaycanın iqtisadi prioritetlərinə uyğunlaşdırılır

AİB-in yeni strategiyası Azərbaycanın iqtisadi prioritetlərinə uyğunlaşdırılır

BANK
99

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionu ölkələrində fidusiar qiymətləndirmələrin aparılması və milli sistemlərin gücləndirilməsi ilə bağlı yeni layihəni nəzərdən keçirir.

Fins.az xəbər verir ki, bankın yaydığı məlumata əsasən, layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan daxil olmaqla bir sıra ölkələri əhatə edəcək.

Layihənin Asiya İnkişaf Bankının Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdirilməsi planlaşdırılır və ümumi maliyyələşmə həcmi 500 min ABŞ dolları təşkil edəcək.

AİB-in məlumatına görə, layihənin icra müddəti, məzmunu və tətbiq mexanizmləri ilə bağlı detallı məlumatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycan qarşısında ümumilikdə 58,8 milyon ABŞ dolları həcmində öhdəlik icra edib.

Bank həmçinin 2025-ci ildə Azərbaycanla 2029-cu ilədək dövrü əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyasını təsdiqləyib.

Strategiya biliklərin inkişafı, innovasiyaların tətbiqi və katalitik maliyyələşdirmə mexanizmlərinə əsaslanaraq “yaşıl” və şaxələndirilmiş iqtisadi artımı hədəfləyir.

Sənəddə aşağı karbonlu nəqliyyat sistemlərinin inkişafı, enerji əlaqəliliyinin gücləndirilməsi və yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən edilib.

Eyni zamanda, strategiya Azərbaycanın milli iqtisadi prioritetlərinin həyata keçirilməsinə, o cümlədən rəqabətqabiliyyətli kadr potensialının artırılmasına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB-in yeni strategiyası Azərbaycanın iqtisadi prioritetlərinə uyğunlaşdırılır — Fins.az — Fins.az