AİB 2029-cu ilədək Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını genişləndirir

AİB 2029-cu ilədək Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını genişləndirir

BANK
192

Fins.az - Asiya İnkişaf Bankı inkişaf etməkdə olan üzv ölkələrin potensialının gücləndirilməsi layihəsinin ADB-nin Təcrübə Mərkəzi vasitəsilə həyata keçirilməsini nəzərdən keçirir.

Bankın rəsmi saytında yer alan məlumata görə, layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Pakistan və bir sıra digər ölkələri əhatə edəcək.

Təklifə əsasən, təşəbbüs Texniki Yardım Xüsusi Fondu (Technical Assistance Special Fund) hesabına 1 milyon ABŞ dolları məbləğində maliyyələşdirilə bilər.

Hazırda layihə ilə bağlı əlavə detallarla bağlı məlumat açıqlanmayıb.

Məlumatda həmçinin qeyd olunur ki, 2025-ci ildə Asiya İnkişaf Bankı-nın Azərbaycan üzrə ümumi öhdəlikləri 58,8 milyon dollar təşkil edib.

Bu ilin əvvəlində bank 2029-cu ilə qədər Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyasını təsdiqləyib.

Strategiya bilik əsaslı həllərin inkişafı, innovasiyaların tətbiqi və katalitik maliyyələşdirmədən istifadəni əhatə edir. Sənəd “yaşıl” və şaxələndirilmiş iqtisadi artımın təşviqini, aşağı karbonlu nəqliyyat və enerji əlaqələrinin inkişafını, eləcə də yüksək əlavə dəyərə malik sahələrin dəstəklənməsini hədəfləyir.

Eyni zamanda strategiya insan kapitalının gücləndirilməsi və Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına dəstək verilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB 2029-cu ilədək Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını genişləndirir — Fins.az — Fins.az