
AİB 2026–2031-ci illər üçün “yaşıl artım” layihəsini təsdiqləyib
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə 2026–2031-ci illəri əhatə edən “ticarətin inkişafı və yaşıl artım” layihəsini təsdiqləyib.
Fins.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb.
Layihə Azərbaycanla yanaşı Ermənistan, Əfqanıstan, Banqladeş, Butan, Bruney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan və Qırğız Respublikası da daxil olmaqla geniş regional əhatəyə malik ölkələri əhatə edir.
Məlumata əsasən, layihənin maliyyələşdirilməsi üçün Texniki Yardım üzrə Xüsusi Fond hesabına 603 133 ABŞ dolları, həmçinin Avstraliya hökuməti tərəfindən 146 867 ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulub.
Layihə regional xarakter daşıyır və əsasən sənaye və ticarət sahələrində “yaşıl iqtisadi artım” və ticarətin inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsini hədəfləyir.