“AGBank” -ın maliyyə göstəriciləri

“AGBank” -ın maliyyə göstəriciləri

BANK
866

"AGBank” 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Fins.az Banka istinadən xəbər verir ki, ötən il “AGBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 44 milyon 126 min manat, faiz və qeyri-faiz xərcləri isə 52 milyon 356 min manat təşkil edib. Xərclər gəlirləri 8 milyon 230 min manat üstələsə də, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 6 milyon 106 min manatın azad olması əməliyyat zərərini 2 milyon 122 min manatadək azaldıb.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “AGBank”ın cəmi gəlirləri 52 milyon 90 min manat, cəmi xərcləri isə 50 milyon 616 min manat, əməliyyat mənfəəti 1 milyon 474 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 3 milyon 893 min manat azad olmuş və mənfəət 5 milyon 367 min manata yüksəlmişdi.

 

31 Dekabr 2019-cu il tarixində “AGBank” 454 milyon 530 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 222 milyon 997 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

 

31 Dekabr 2019-cu il tarixində “AGBank”ın cəmi öhdəlikləri 404 milyon 558 min manat, o cümlədən depozitlər 208 milyon 166 min manat təşkil edib.

 

31 Dekabr 2019-cu il tarixində “AGBank” 50 milyon 872 min manat məcmu kapitala malik olub.

 
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“AGBank” -ın maliyyə göstəriciləri — Fins.az — Fins.az