AFB Bank müştərilərinə güzəşt edir

AFB Bank müştərilərinə güzəşt edir

BANK
671

Hər zaman müştərilərinə dəstək göstərən, ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC koronavirus (COVİD-19) pandemiyasından zərər görmüş müştərilərinə güzəşt edir.

Bank gəlirləri koronavirus (COVİD-19) pandemiyasına görə gəlirləri azalmış müştərilərə güzəşt müddəti verəcək. Bunun üçün, güzəşt müddəti əldə etmək istəyən müştərilər Bankın saytında olan müvafiq formanı doldurmalıdırlar. Güzəşt müddəti əldə etmək üçün daxil olun: //afb.az/az/covid/

Həmçinin, Bank, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına qədər uzatdı. Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahının həyata keçirdiyi sosial izolyasiya tədbirləri çərçivəsində müştərilərin koronavirus pandemiyasından qorunması üçün AFB bank online xidmətlərini təklif edir. Banka gəlmədən İnternet bankinq xidmətləri, həmçinin kredit ödənişlərini MilliÖn ödəniş terminalı üzərindən həyata keçirə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AFB Bank müştərilərinə güzəşt edir — Fins.az — Fins.az