"AFB Bank"-a növbəti transfer olub

"AFB Bank"-a növbəti transfer olub

BANK
1,747

AFB Bankda yeni təyinat olub. Elgün Rəsulov Bankın Proseslərin İdarə edilməsi Strukturunun direktoru vəzifəsinə təyin edilib.

Elgün Rəsulov daha öncə uzun müddət Express Bankda çalışıb. O, daha sonra karyerasına Kapital Bankda ASC-də davam edib və son olaraq həmin bankın Biznes proseslər departamentinə rəhbərlik edib.

Qeyd edək ki, Elgün Rəsulov 04.02.2020 - ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AFB Bank"-a növbəti transfer olub — Fins.az — Fins.az