AccessBank-da departament rəhbəri təyin olunub

AccessBank-da departament rəhbəri təyin olunub 

BANK
1,159

Bu gündən etibarən Elgin Cümşüdov AccessBank-da Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. O, bu təyinatadək Pərakəndə Bankçılıq Departamentinin rəhbərinin müavini vəzifəsində çalışıb.  

Cənab Cümşüdov 17 ildir ki, AccessBank-da işləyir. O, Bankın sıralarına 2005-ci ildə qoşulub. Fəaliyyətini Kredit Bək Ofis Departamentinin rəhbəri, daha sonra isə Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri Müştəriləri üzrə direktor vəzifələrində davam etdirib.

Elgin Cümşüdov bakalavr təhsilini Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Dövlət İqtisad Universitetində alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AccessBank-da departament rəhbəri təyin olunub — Fins.az — Fins.az