
ABŞ şirkəti Almaniyanın ən böyük bankında pay aldı
ABŞ-ın "Capital Group" şirkəti Almaniya bankı "Deutsche Bank"ın 3,1% hissəsini satın alaraq ən böyük səhmdarlardan biri olub.
"Deutsche Bank"ın açıqlamasında bildirilir ki, Bank, xüsusilə keçmiş performansı və sərmayə etibarlılığı olan səhmdarın bankda pay sahibi olmasından məmnundur.
Bankın internet saytına görə, Qatar Kral ailəsi bankın 6,1% hissəsinə sahib olaraq ən böyük səhmdardır, "BlackRock Inc" 4,49% ilə ikinci və "Hudson Executive Capital" isə 3,14% ilə üçüncü yerdədir.
Xəbərdən sonra "Deutsche Bank"ın səhmləri 6%-dən çox bahalaşaıraq 8,74 avronu görüb.
© Marja