
ABŞ-da bank sektorunun ümumi depozitləri azalıb
ABŞ-da bank sektorunun ümumi depozitləri 1994-cü ildən bəri ilk dəfə olaraq illik azalma qeydə alıb.
Fins.az xəbər verir ki, S&P Global Market Intelligence hesabatında iyunun 30-da başa çatan dövrlə müqayisədə depozitlərin 4,8 faiz azalaraq 17,3 trilyon dollara düşdüyünü açıqlayıb.
S&P təhlilinə görə, əmanətlərdən çıxış əmanətçilərin daha yüksək gəlirli alternativlərə üz tutması nəticəsində baş verib. ABŞ-da bəzi regional bankların iflası da əmanətlərin xaricə axmasına səbəb olub. Ən yüksək artım 31,1 faizlə Şvabda olub.
S&P analitikləri əmanətçilərin bankın pul bazarı fondları kimi digər məhsullara üz tutduğunu düşünürlər.
Günel Məlikzadə
Fins.az