“ABB” ASC-nin xalis mənfəəti 10 milyon manatdan çox ARTIB

“ABB” ASC-nin xalis mənfəəti 10 milyon manatdan çox ARTIB

BANK
5,970

 “ABB” ASC-nin xalis mənfəəti 2022-ci ilin ikinci rübündə 2021-ci ilin müqaviq dövrü ilə müqaisədə 10 milyon 268 min manat artaraq 118 milyon 417 min manat  təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə  “ABB” ASC-nin 2022-ci ilin 2-ci rübünə dair maliyyə hesabatında məlumat verilir. 

Məlumata görə, 2022-ci ilin 1-ci yarısında “ABB” ASC-nin cəmi aktivləri ilin əvvəli ilə müqaisədə 599 milyon 97 min manat və ya 5,2% artaraq 12 milyard 82 milyon 954 min manat təşkil edib

“ABB” ASC-nin kredit portfeli  2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 740 milyon manat və ya 27%  artaraq 3 milyard 440 milyon 840 min manat təşkil edib. Bank tərəfindən hesabat dövründə  verilmiş  biznes kreditləri 414 milyon 212 min artaraq 1 milyard 772 milyon manata yüksəlib. 

2022-ci ilin yanvar-iyun dövründə “ABB” ASC-nin əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib.  2022-ci ilin ilk 6 ayında bankın faiz və qeyri-faiz gəlirləri 335 milyon 496 min manat, əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib. 

2022-ci ilin ötən dövrü ərzində qiymətli kağızlara investisiyalar 42 milyon 45 min manat və ya 3,1% artaraq 1 milyard 405 milyon 561 min manata çatıb.

Bankı hesabat dövründə 21 milyon 216 min manat mənfəət vergisi verib. 

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“ABB” ASC-nin xalis mənfəəti 10 milyon manatdan çox ARTIB — Fins.az — Fins.az