2019-cu il ərzində Azərbaycanda bankların aktivləri 10,9%, xalis mənfəəti 92,2% artıb

2019-cu il ərzində Azərbaycanda bankların aktivləri 10,9%, xalis mənfəəti 92,2% artıb

BANK
1,700

31 dekabr 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 722,8 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 milyard 502,4 milyon manat məbləğində olub. Beləliklə, 2019-cu ildə bankların aktivləri 10,9% artıb.

Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 900,9 milyon manat (2019-cu ildə artım 18% - İF) təşkil edir.

2019-cu il dekabr ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 583 milyon manat (artım 12,6%) təşkil edir.

2020-ci ilin əvvəlinə bankların öhdəlikləri 28 milyard 139,8 milyon manata (artım 10,7%) bərabərdir.

2019-cu ildə Azərbaycanda bankların ümumi xalis mənfəəti 536,9 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstərici ilə müqayisədə 92,2% çoxdur.

2019-cu ildə bankların faiz gəlirləri 1 milyard 922,2 milyon manat (2018-ci illə müqayisədə artım 9,7% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 421,6 milyon manat (artım 16,1%) təşkil edib.

Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 723,7 milyon manat (artım 31,8%) məbləğində olub.

2019-cu ildə bankların faiz xərcləri 547,9 milyon manat (azalma 5,8%), o cümlədən depozitlər üzrə 372,4 milyon manat (azalma 1,4%), qeyri-faiz xərcləri 1 milyard 205 milyon manat (artım 17,5%) təşkil edib.

2019-cu ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 849 milyon manat (artım 22,2%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 177,3 milyon manat (2018-ci ildə 345,4 milyon manat) yönəldib.

Nəticədə 31 dekabr 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 693 milyon manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 97%) məbləğində qiymətləndirilir, 2019-cu ildə mənfəət vergisi üzrə ödənişləri 156,1 milyon manat (artım 2,2 dəfə) təşkil edib.

31 dekabr 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.

2019-cu ilin sonuna bankların 509 filialı və 133 şöbəsi var.

Azərbaycanın bank sektorunda 19,46 min nəfər (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,7%) çalışır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2019-cu il ərzində Azərbaycanda bankların aktivləri 10,9%, xalis mənfəəti 92,2% artıb — Fins.az — Fins.az