
“Zoloto Kaqana–2026” rallisində QAZ Reyd Sport komandası finişə çatıb
Fins.az - Rusiyanın Astraxan vilayəti bölgəsində keçirilən “Zoloto Kaqana – 2026” rallisi başa çatıb. Yarış Rusiya rallireyd çempionatı mövsümünün açılış mərhələsi olub.
GAZ Raid Sport komandası yarışın bütün mərhələlərini uğurla tamamlayaraq finişə itkisiz çatıb və mühüm test nəticələri əldə edib.
Pilot Aleksey Xlebovun heyəti son xüsusi mərhələdə günün ümumi nəticəsində 4-cü yeri tutub. Lakin əvvəlki günlərdə qum sahələrində yaranan texniki nasazlıqlar – ötürücü sistemdə problem və starterdə çətinliklər – komandanın ümumi sıralamada daha yüksək nəticə qazanmasına mane olub.
Komanda üzvləri bildiriblər ki, bu kimi problemlər yarışın bir hissəsidir və hər belə hadisə gələcək texniki inkişaf üçün mühüm məlumat verir.