Yenilənmiş Tank 300 təqdimata hazırlaşır

Yenilənmiş Tank 300 təqdimata hazırlaşır

AVTO
167

Fins.az - Tank markası yenilənmiş Tank 300 yolsuzluq avtomobilinin təqdimatına hazırlaşır.

Modelin xarici görünüşündə dəyişikliklər edilib. Bundan əlavə, ailəyə uzadılmış kuzovlu versiya və benzinlə işləyən V6 mühərrikli modifikasiya əlavə olunacaq.

Tank 300 ilk dəfə 2020-ci ildə Great Wall tərəfindən Wey Tank 300 adı ilə təqdim edilib. Modelin böyük uğur qazanmasından sonra Tank ayrıca yolsuzluq avtomobilləri markasına çevrilib. Sonradan ailəyə 400, 500 və 700 indeksli modellər də qoşulub.

Tank 300 ötən il Çin bazarında yenilənərək yeni interyer və dizel mühərrik əldə etmişdi. Buna baxmayaraq, 2026-cı ildə modelin satışları azalıb. Yanvar–may aylarında Çində 20 792 avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yenilənmiş Tank 300 təqdimata hazırlaşır — Fins.az — Fins.az