
Yenilənmiş Mercedes-AMG SL
Fins.az - Bu həftə internetdə Mercedes-AMG SL rodsterinin yenilənmiş versiyasına aid yeni spion şəkillər yayıldı. Onlar avtomobilin xarici görünüşü barədə ilkin təsəvvür yaratmağa imkan verir.
SL modeli (alm. Sport Leicht – “idmançı, yüngül”) Alman istehsalçısının ən qədim modellərindən biridir, ilk nəsli 1954-cü ildə təqdim olunub. Bu gün artıq yeddinci nəsil istehsal edilir, təqdimatı 2021-ci ilin payızında baş tutub. Bu il avtomobil 5 yaşını qeyd edir və hələ rəsmi restaylinq almayıb, lakin tarixində ilk dəfə Mercedes-Maybach SL versiyasını əldə edib. Yenilənmiş rodster hazırda test mərhələsindədir və bir neçə gün öncə spion fotoqrafların obyektivinə tuş gəlib.