
Yenilənmiş Hongqi H5 sedanı yeni interyerlə təqdim olunacaq
Fins.az - Hongqi markası yenilənmiş Hongqi H5 sedanını bu həftə bazara çıxarmağa hazırlaşır.
Restaylinqdən keçən modelin xarici görünüşündə kiçik dəyişikliklər edilib, interyeri isə tamamilə yenilənib. Texniki hissənin əvvəlki kimi qalacağı gözlənilir.
Sedanın ikinci nəsli 2022-ci ildən istehsal olunur. 2024-cü ildə model Çində kiçik yenilənmə alıb, ötən il isə qoşulan hibrid (PHEV) versiyası təqdim edilib.
FAW Group konserninə məxsus premium brend artıq yenilənmiş H5 modelinin ilk rəsmi görüntülərini yayıb. Modelin rəsmi premyerası mayın 20-də keçiriləcək.