
Yenilənmiş BMW X2 sınaqlar zamanı kameralara tuş gəlib
Fins.az - Yenilənmiş BMW X2 modelinin test prototipi növbəti dəfə fotomüxbirlərin obyektivinə tuş gəlib. Yeni casus şəkilləri krossoverin xarici görünüşündə əhəmiyyətli dəyişikliklərin olacağını göstərir.
BMW X2 modeli ilk dəfə 2017-ci ilin payızında təqdim edilib, 2020-ci ildə isə restaylinq versiyası satışa çıxarılıb. Hazırda istehsalda olan ikinci nəsil model 2023-cü ilin payızında debüt edib.
İndi isə model planlı yenilənməyə hazırlaşır. Sınaq nümunələrinə əsasən, avtomobilin ön və arxa hissəsində dizayn yenilikləri, eləcə də işıqlandırma elementlərində dəyişikliklərin ediləcəyi gözlənilir. Modelin texniki xüsusiyyətləri və təqdimat tarixi barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.