Yeni Volkswagen Golf-un buraxılışı gecikir

Yeni Volkswagen Golf-un buraxılışı gecikir

AVTO
685

Fins.az - Volkswagen konsernində yaranan çətinliklər fonunda yeni nəsil Volkswagen Golf modelinin təqdimatı gecikdirilib.

Şirkətin baş direktoru Thomas Schäfer bildirib ki, doqquzuncu nəsil Golf ən erkən növbəti onillikdə bazara çıxacaq. Gecikmənin əsas səbəbi elektrik avtomobilləri üçün nəzərdə tutulan SSP platformasının hələ tam hazır olmamasıdır.

Yeni modelin elektrik versiya olacağı və ehtimal ki, Volkswagen ID. Golf adı altında təqdim ediləcəyi bildirilir. Avtomobilin istehsalı Almaniyanın Volfsburq zavodunda həyata keçiriləcək.

Hazırkı Volkswagen Golf Mk8 modelinin istehsalı isə mərhələli şəkildə Meksikaya köçürüləcək və orada tələbat olduğu müddətcə davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Volkswagen Golf-un buraxılışı gecikir — Fins.az — Fins.az