Yeni Smart #2 təqdim olundu: daha böyük ölçü və 300 km-ə qədər yürüş ehtiyatı

Yeni Smart #2 təqdim olundu: daha böyük ölçü və 300 km-ə qədər yürüş ehtiyatı

AVTO
390

Fins.az - Smart Automobile şirkəti yeni kompakt elektrik avtomobili — Smart #2 modelini konsept kimi təqdim edib.

Mercedes-Benz və Geely-nin birgə müəssisəsi olan şirkətin yeni modeli əvvəlki smart fortwo modelinin birbaşa davamçısıdır. Seriyalı versiyanın təqdimatı oktyabr ayında Paris avtosalonunda baş tutacaq.

Yeni Smart #2 ölçü baxımından sələfindən daha böyükdür və dizayn baxımından daha müasir və zərif görünüşə sahibdir. Avtomobilin xarici görünüşündə Mercedes-Benz-in keçmiş baş dizayneri Qorden Vaqenerin imzası hiss olunur.

Modelin tam elektrik versiyası bir dəfə şarjla 300 kilometrə qədər məsafə qət edə bilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Smart #2 təqdim olundu: daha böyük ölçü və 300 km-ə qədər yürüş ehtiyatı — Fins.az — Fins.az