Yeni Nissan Elgrand satışa çıxmamış xüsusi versiyalar əldə edib

Yeni Nissan Elgrand satışa çıxmamış xüsusi versiyalar əldə edib

AVTO
430

Fins.az - Nissan şirkəti yeni nəsil Nissan Elgrand modelini satışa çıxarmağa hazırlaşır.

Dördüncü nəsil Elgrand ilk dəfə ötən il Yaponiyada nümayiş etdirilib. Şirkət bildirib ki, miniven bu ilin yayında yerli bazarda satışa çıxacaq.

Standart versiya ilə yanaşı, model üçün bir neçə xüsusi modifikasiya da təqdim ediləcək. Bu layihələr Nissan Motorsports & Customizing tərəfindən hazırlanır. Şirkətin tərkibinə daxil olan Nismo və Autech bölmələri daha idman üslublu və premium dizaynlı versiyalar üzərində çalışır.

Xüsusi modellərin fərqli eksteryer elementləri, təkmilləşdirilmiş salon və əlavə avadanlıqlarla təqdim olunacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Nissan Elgrand satışa çıxmamış xüsusi versiyalar əldə edib — Fins.az — Fins.az