Yeni nəsil Mazda CX-5 Yaponiyada gözləniləndən daha böyük maraq görür

Yeni nəsil Mazda CX-5 Yaponiyada gözləniləndən daha böyük maraq görür

AVTO
161

Fins.az - Mazda şirkəti yeni nəsil Mazda CX-5 modelinin Yaponiyada uğurlu satış nəticələrini açıqlayıb.

Modelin üçüncü nəsli ötən il təqdim olunsa da, Yaponiya bazarında satışlara yalnız mayın 21-də start verilib. Şirkət ilkin olaraq ayda təxminən 2000 avtomobil satmağı planlaşdırırdı.

Lakin gözləntilərin əksinə olaraq, yeni CX-5 çox yüksək tələbatla qarşılaşıb. Mazda-nın məlumatına görə, model üzrə sifarişlərin sayı artıq 10 min ədədi ötüb.

Şirkət həmçinin bildirib ki, Yaponiyada alıcılar arasında ən çox maraq görən versiya modelin ən yüksək təchizat səviyyəsinə malik variantı olub.

Bu nəticə yeni nəsil CX-5-in Yaponiya bazarında uğurlu başlanğıc etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni nəsil Mazda CX-5 Yaponiyada gözləniləndən daha böyük maraq görür — Fins.az — Fins.az