
Yeni nəsil Hyundai Elantra canlı nümayiş etdirilib
Fins.az - Hyundai yeni, səkkizinci nəsil Elantra sedanını ilk dəfə canlı şəkildə nümayiş etdirib.
Modelin dünya premyerası ötən həftə Cənubi Koreyanın Busan şəhərində keçirilən avtomobil sərgisində baş tutmuşdu. Şirkət indi isə təqdimatdan çəkilmiş videonu yayımlayaraq avtomobilin dizaynını bütün detalları ilə nümayiş etdirib.
Koreya bazarında model Avante, digər ölkələrdə isə Elantra adı ilə satışa çıxarılacaq.
Yeni sedanın ilk satış bazarı Cənubi Koreya olacaq. Satışların bu ilin üçüncü rübündə başlaması planlaşdırılır. Model yerli bazarda 2,0 litrlik atmosfer benzin mühərriki və klassik hibrid versiyası ilə təklif ediləcək.