Yeni nəsil Ford F-150 2029-cu ildə təqdim olunacaq

Yeni nəsil Ford F-150 2029-cu ildə təqdim olunacaq

AVTO
402

Fins.az - ABŞ istehsalçısı Ford məşhur F-150 pikap modelinin yeni nəslini 2029-cu ilə qədər bazara çıxarmağı planlaşdırır. Eyni müddətdə şirkət F-Series Super Duty seriyasının da yenilənmiş versiyalarını hazırlayır.

Ford F-Series modellərinin istehsalına 1948-ci ildə başlanılıb, F-150 versiyası isə ilk dəfə 1975-ci ildə təqdim edilib və bu günə qədər seriyanın ən populyar modeli olaraq qalır.

Hazırda satışda olan 14-cü nəsil F-150 modeli 2020-ci ildə debüt edib və 2023-cü ildə yenilənib.

Statistikaya görə, model üçün ən uğurlu il 2018-ci il olub – həmin il 900 mindən çox avtomobil satılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni nəsil Ford F-150 2029-cu ildə təqdim olunacaq — Fins.az — Fins.az