
Yeni Mercedes-AMG GT 4-door Coupe 1169 at gücünə malik elektrik qurğusu ilə təqdim olunub
Fins.az - Mercedes-Benz yeni Mercedes-AMG GT 4-door Coupe modelini rəsmi şəkildə təqdim edib.
Tam elektriklə çalışan model üç mühərrikli güc qurğusu ilə təchiz olunub və ümumi gücü 1169 at qüvvəsinə çatır.
Yeni sportkar Mercedes-AMG tərəfindən hazırlanmış AMG.EA platforması üzərində qurulub.
Top versiya 0-dan 100 km/saat sürətə cəmi 2,4 saniyəyə, 200 km/saat həddinə isə 6,8 saniyəyə çatır.
Modelin təqdimatından əvvəl şirkət reklam kampaniyasında Brad Pitt və George Russell iştirak edib.
Yeni liftbekin konseptual əsası 2022-ci ildə nümayiş etdirilən Vision AMG şou-karı olub.